"Ədavətimiz Zeynəbin ikiüzlüyündən sonra başladı..." - Qalmaqal böyüyür

Maraq / Manşet

1 664

Xalq artisti Flora Kərimova SSRİ xalq artisti Zeynəb Xanlarova haqqında daha ağır ittihamlar səsləndirib.
VOİCEPRESS.Az-ın məlumatına görə, big.az-a danışan Flora Kərimova bildirib ki, Zeynəb Xanlarovanı nə sənətkar, nə də siyasətçi kimi qəbul edir:

"Saytdan zəng gəlmişdi, müsahibə istəyirdilər. Səhhətim yaxşı deyildi deyə, razı olmurdum. Sonra hörmətli bir şəxs zəng elədi, xahiş etdi deyə, mən də razılaşdım. Jurnalistləri gətirib, gəldi bizim bağa ... Söhbətə başladıq. Bu aləmdə olan insanların etibarsızlığından söhbət düşdü. Zeynəb Xanlarovadan danışdıq. Amma mən bunu müsahibə üçün demədim, yəni etibar edib, aramızda söhbətləşdik. Məlumat mətbuata yayılıb, mən dediyimi inkar etmirəm. Zeynəb Xanlarovanın sənəti, səsi yoxdur. Bəli, mən indi də təsdiq edirəm, hansı bir konserti izləsəniz, görərsiniz ki, Zeynəb Xanlarova "xoruz" buraxırdı, "xoruz"suz keçinmirdi. Zeynəb Xanlarova şuxluqdan başqa səhnəyə heç bir şey gətirmədi. Əlavə edirəm, o, səhnəyə mədəniyyət gətirə bilmədi!

Flora Kərimova iddia edir ki, Zeynəb Xanlarova dəfələrlə onu təhdid edib:

"Məni təhdid etdirirdi. Ərinə ona-buna zəng elətdirirdi... Axırda bezdim, dedim ki, mən ər çörəyi yeyirəm. Heç kəs məni qorxuda bilməz bu həyatda... Bizim onunla ədavətimiz onun ikiüzlüyündən sonra başladı. Onun mənə qarşı səhvi bir olmayıb, iki olmayıb, çox olub. Onu nə müğənni, nə də millət vəkili olaraq qəbul edirəm. O siyasətçi ola bilməz".


VOİCEPRESS.AZ

Ранее » "Klon" serialının qəhrəmanları İLLƏR SONRA« Далее Məşhur müğənniyə xərçəng şoku
Flag Counter