Arif Quliyevin xanımı ağır xəstəliyə yoluxdu - Vəziyyəti ağırdır

Maraq / Manşet

4 140

Arif Quliyevin xanımı ağır xəstəliyə yoluxdu - Vəziyyəti ağırdır
Xalq artisti Arif Quliyevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib.

VOİCEPRESS.Az bildirir ki, bu barədə lent.az-a aktyor özü məlumat verib.

O bildirib ki, xanımı Gülzar Quliyeva Hepatit C virusuna yoluxub: "Yoldaşım hazırda Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər şöbəsində müalicə alır. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər".

Arif Quliyev xanımın müalicəsinin xaricdə davam etdirilməsinin lazım olduğunu deyib: "Amma bu, mənim imkanlarım xaricindədir. Mən iki il qabaq sinir xəstəliyinə tutulanda müalicə xərclərini dövlət öz üzərinə götürmüşdü. Allah hökumətimizdən razı olsun. Mən ata-ana qayğısından uzaq olmuşam. Oğlum Fərid dünyasını dəyişəndən sonra Gülzar üçün yaşayıram. Bircə təsəllim onun varlığıdır. O da belə..."


VOİCEPRESS.AZ

Ранее » Ceki Can yeni filmdə çəkilib« Далее Filipp Kirkorov Bakıda konsert verəcək
Flag Counter