İlahiyyat İnstitutu “Hərəyə bir kitab” aksiyasına başladı

Maraq / Manşet

729

İlahiyyat İnstitutu “Hərəyə bir kitab” aksiyasına başladı

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin dünyagörüşünün formalaşdırılması, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, gənclərin intellektual və mənəvi dünyasının zənginləşdirilməsi, o cümlədən vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif maarifləndirici və sosial yönümlü layihələr həyata keçirir.

VOİCEPRESS.AZ xəbər verir ki, bu məqsədlə, Aİİ-də noyabr ayının 1-dən “Hərəyə bir kitab” adlı aksiyaya start verilib. Aksiyanın məqsədi istifadə edilməyən ədəbiyyatın (kitab, dərslik və digər nəşr nümunələri) toplanılaraq ehtiyacı olanlara çatdırılmasıdır.

Noyabr ayının 30-na kimi davam edəcək aksiyada əldə edilən ədəbiyyat Uşaq və Qocalar evlərinə hədiyyə olunacaq.

Aİİ-də, həmçinin tədris keyfiyyətinin yüksəldilməsi, təhsil psosesinin təkmilləşdirilməsi, müəssisənin innovativ fəaliyyətinin təmin edilməsi məqsədilə “Təklif və iradlar” sorğusuna da başlanılıb. Bu səbəbdən, İnstitut əməkdaşlarının və tələbələrin fikirlərini əks etdirən şəffaf qutu təşkil olunub.

Xatırladaq ki, İlahiyyat İnstitutu Azərbaycan Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. Şəffaf, modern, qabaqcıl meyarlar ilə formalaşdırılan İnstitut dünya standartlarına uyğun yüksək təhsilin verilməsi, qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün mümkün olan bütün vasitələrdən yararlanır.









VOİCEPRESS.AZ

Ранее » Ən uğurlu insanlar hansı ayda doğulur? - Alimlərdən maraqlı ara...