“iPad Pro”ya rəqib “Galaxy Book2”

Maraq / Manşet

972

“iPad Pro”ya rəqib “Galaxy Book2”

“Samsung”un “Microsoft Surface Pro” ilə rəqabət üçün hazırladığı “Galaxy Book2” nəhayət ictimaiyyətə təqdim edildi.

VOİCEPRESS.AZ xəbər verir ki, “Apple” yeni “iPad” və “Mac” modellərini oktyabrın 30-da xüsusi bir təqdimatda tanıdacaq. Bu təqdimatdan əvvəl “Samsung” yeni nəsil “Galaxy Book2” modelini təqdim edib.

“Galaxy Book 2” gücünü “Qualcomm” tərəfindən istehsal edilən “Snapdragon 850 yonga” setindən alır. Bu baxımdan “Galaxy Book2”un “Surface Pro” ilə rəqabət aparmasının bir az çətin olduğunu söyləyə bilərik. “Surface Pro 6” “Intel”in 8-ci nəsil i5 və i7 prosessorlarından istifadə edir.

“Samsung”un yeni nəsil tabletində 4 GB RAM, 128 GB daxili yaddaş yeri məsləhət görülüb.

Cihaz 8MP arxa kamera, 5MP ön kamera ilə müşayiət olunur. Noyabrın 2-də satışa təqdim ediləcək tabletin qiyməti 999 dollara təyin olunub. “Microsoft” və “Samsung” internet mağazalarından əvvəlcədən sifariş edilmiş “Galaxy Book 2” bu günlərdə regional bazarda da satılacaq.







VOİCEPRESS.AZ

Ранее » Merkuri planetinə kosmik missiya göndərilib« Далее Proqramçılar yarışa çıxır!