Dərmanlar müalicə etməyən xəstəlikləri adi soda müalicə edir

Maraq

1 665

Dərmanlar müalicə etməyən xəstəlikləri adi soda müalicə edir
Avqusta Universiteti (ABŞ) alimləri sodanın müalicəvi təsirini araşdırıb.

VOİCEPRESS.AZ
saglamolun.az-a istinadən bildirir ki, əvvəl siçovul, sonra insanlar üzərində aparılmış eksperimentlər göstərib ki, soda məhlulu həqiqətən orqanizmə müalicəvi təsir edir.

Journal of Immunology-də dərc olunmuş məqalədə qeyd olunur ki, soda orqanizmdə iltihabı azaldır, bəzi qan və böyrək xəstəlikləri zamanı müalicəvi effekt verir.

Araşdırma göstərib ki, soda autoimmun xəstəlikləri zamanı effektlidir. Bu xəstəliklər zamanı insanın öz immun sistemi sona qədər məlum olmayan səbəblərə görə orqanizmə qarşı çıxır və müxtəlif orqanları dağıtmağa başlayır. Belə xəstəliklər çox çətinliklə müalicə olunur. Soda immun sistemini bir qədər "sakitləşdirir" və bununla da autoimmun xəstəliklər, məsələn artrit zamanı kömək edir.

Saglamolun.az xəbər verir ki, bundan əvvəl aparılmış araşdırmalar soda məhsululun doğuşu asanlaşdıran xüsusiyyətini üzə çıxardıb.

Həmçinin soda məhlulu meyvə və tərəvəzlərdə olan və ürək-damar sistemi və onkoloji xəstəliklərin inkişafına təkan verən pestisidlərin miqdarını xeyli azaldır. Bunun üçün meyvə və tərəvəzləri sodalı suda 15 dəqiqə saxlamaq lazımdır.

Bütün bunlar təsdiq edir ki, hər evdə olan ucuz soda bizə bir çox sağlamlıq problemləri həll etməyə yardımçı ola bilər.

VOİCEPRESS.AZ


Ранее » Orucun vacib olması və niyyət« Далее Məşhur alimdən Ramazanla bağlı 7 MÜHÜM TÖVSİYƏ