Gavalı qurusu sümüyü bərpa etməyə qadirdir

Maraq / Səhiyyə

297

Gavalı qurusu sümüyü bərpa etməyə qadirdir
İnsan yaşa dolduqca sümüyü daha kövrək olur. Bu da müəyyən yaş mərhələrində müxtəlif sümük xəstəliklərinə gətirib çıxarır.Sümüklər adi bir kiçik zərbədən çatlayıb sına bilər.

Buna da tibb dilində osteoporoz deyirlər. Xəstəliyə kişilərə nisbətən xanımlar daha tez tutulur. Bu sümük xəstəliyinin də birinci dərmanı qara gavalı hesab edilir. Sümüklərinizin möhkəm və bərk olmasını istəyirsinizsə, gündə ən azı 10 ədəd qara gavalı yemək lazımdır. Qurudulmuş qara gavalı əncir, üzüm, qurudulmuş çiyələk və almaya nisbətən sümüyü 3-4 dəfə daha çox bərkidir. ABŞ-ın tanınmış alimləri də qara gavalı ilə bağlı təcrübə aparıblar. Bir neçə xanıma gündə 10 ədəd qurudulmuş qara gavalı, digərlərinə isə bir o qədər qurudulmuş alma yeməyi məsləhət görüblər. Nəticədə belə qərara gəliblər ki, qara gavalı yeyən xanımların sümüklərində möhkəmlik daha çox hiss olunub. Alimlər istər zərif cinsin nümayəndələrinə, istərsə də kişilərə yeməklərində qurudulmuş qara gavalıdan bacardıqları qədər daha çox istifadə etməyi məsləhət görür.

Qeyd edək ki, bir gavalı qurusunun tərkibində 1 qrama qədər sorbitol maddəsi var, hansı ki, həzm olunmadan insan orqanizmini daxildən təmizləyir. Difenilisatin adlı maddə isə çox səmərəli, təbii qarın yumşaltma vasitəsidir.


VOİCEPRESS.AZ


Ранее » Xərçəng xəstəliyinin 5 ƏSAS ƏLAMƏTİ bunlardır« Далее Sarımsaqlı qatığın faydaları