Siyasət çirkli bir işdirmi?..

Maraq

342

Siyasət çirkli bir işdirmi?..
"Siyasətin çirkin bir iş olması fikri doğru deyildir. Bu, insanlardır ki, cılız niyyətlər üzündən İlahi əmanət olan məsuliyyətlərini dərk edə bilmirlər"...

Bir çox insan arasında yayılmış söhbətlərdən biri də: “Siyasət - çirkli və natəmiz işdir” tipli mülahizələrdir. Mübarək dinimiz bu sahədə insanlara nə öyrədir?

- Siyasətə belə tərif verirlər: siyasət - insanlar, dəstələr, partiyalar arasında olan rabitələrə və həmçinin ölkə daxilində olan işlərə sülh və ya qeyri-sülh yolu ilə rəhbərlik etməkdir. Siyasət bir ölkənin başqa ölkələrlə rabitəsinə də şamil edilir.
Xacə Nəsrəddin Tusi siyasət barəsində buyurur:

- “İnsan təbii olaraq ictimai həyata malikdir. Bir cəmiyyətdə yaşayan insanlar arasında rabitə qurulmalıdır ki, bu rabitələr bəzən fəsadla sonlanır. Ona görə də tədbir düşünmək lazımdır ki, hər bir dəstə cəmiyyətdə öz yerində qərar tutsun. Əgər hikmət qaydasına əsasən olarsa, insan kamalını həyata keçirər. Bu siyasətə İlahi siyasət deyirlər”.

“Nəhcul-bəlağə” ictimai fəal insanlara xas sifətləri bəyan edir. Yəni, o kəslər ki, ictimai-siyasi fəaliyyətlə məşğuldurlar, gərək bir sıra xüsusiyyətlərə malik olsunlar. Bunlara aşağıdakılar aiddir:

1. Siyasi bəsirətə malik olmaq.

Siyasi meydanda müvəffəq olmaq istəyən şəxsin gərək siyasi bəsirəti olsun. Yəni, bu insanın siyasətdən başı çıxsın.
İmam (ə): “Bu bayrağı çiyninə almaz, məgər o kəsdən başqa ki, bəsirət, mətanət əhli olar və haqqa agahlığı olar”.

2. Agah şəkildə seçim etmək.

Siyasi meydan - haqla batilin qarşılaşdığı meydandır. O kəs ki, özünü siyasi bəsirət ilə təchiz edər, batil cinahlara üz tutmaz. İmam Əli (ə): “Hər kim düşünər - işlərin sonunu görər”.
Düşüncə və təfəkkür insanın düzgün seçim etməsinə yardım edər.

3. Kor-koranə təəssübkeşlikdən uzaq olmaq.

Cahilcəsinə təəssübkeşlik etmək insanın düzgün seçim etməsinə mane olan amillərdəndir. O kəs ki, bu tələyə düşər, haqla batilin mübarizəsində sağlam ağıldan bəhrələnə bilməz.
İmam Əli (ə) siyasətçilərə İblisin (lən) misalını çəkir və buyurur:
- “(İblis Allahın əmri qarşısında) təkəbbürə düçar oldu və öz yaradılışına çəng vuraraq Adəmə lovğalandı, öz əslinə görə ona təəssübkeşlik etdi”.

4. Düşməni tanımaq bacarığı.

Siyasi meydanda olan insan dostu ilə düşməni yaxşı tanımalıdır. O kəslər ki, düşmənləri tanıya bilmirlər, düşmənin tələsinə rahatlıqla düşə bilirlər.
İmam Əli (ə): “Zinhar, zinhar! Sülhü qəbul etdikdən sonra düşmənindən ehtiyatlı ol. Çünki bəzən düşmən yaxınlaşır ki, qafil etsin. Ona görə də uzaqgörənliyini işə sal və bu mövzuda nikbinliyi ittiham et!”.

5. Dini və siyasi qeyrətə malik olmaq.

İmam Əli (ə) həyatın hər bir sahəsində, o cümlədən siyasi meydanda da şücaətli şəxsiyyətlərdən olmuşdur.
İmam Əli (ə): “İnsanlar! Bu, mən idim ki, fitnənin gözünü çıxartdım, məndən başqasının ona cürəti çatmadı”.

Beləliklə, siyasətin çirkin bir iş olması fikri doğru deyildir. Bu, insanlardır ki, cılız niyyətlər üzündən İlahi əmanət olan məsuliyyətlərini dərk edə bilmirlər...



VOİCEPRESS.AZ


Ранее » İstəyirsinizmi həyatınız rahat və yüngül keçsin?« Далее WhatsApp-da yeni fırıldaq yayılıb