İstəyirsinizmi həyatınız rahat və yüngül keçsin?

Maraq

315

İstəyirsinizmi həyatınız rahat və yüngül keçsin?
1. Əgər incəsənətdən başınız çıxmırsa, rahat olun, bu normal şeydir.

2. Nəzarət oluna bilməyən şeydən geri çəkilin. Əgər nəyisə dəyişdirməyə gücünüz çatmırsa, özünüzü xərcləməyin bir mənası yoxdur.

3. Sizin gördüyünüz şey, sizin ona necə baxdığınızdan asılıdır.

4. Öz həyatınızı başqalarının həyatı ilə müqayisə etməyin.

5. O adamların məsləhətinə qulaq asın ki, həqiqətən də, buna layiqdir. Həm də diqqətlə qulaq asın.

6. Əgər gecəniz yaxşı keçibsə, güman etməyin ki, sabahınız da elə olacaq.

7. Dükana adi paltarda, saç-saqqalınızı yumadan, yaxud makiyaj etmədən gedəndə dünya dağılmır.

8. Təkcə təcrübə yadda qalır. Əşyalar isə unudulur.

9. Gülümsəyin

10. İnsanlara inanmağa çalışın. Sözsüz ki, elə adamlar olacaq ki, sizin qanınızı qaraldacaq. Ancaq sözsüz ki, bu qanqaraçılığı sizə unutduracaq adamlarla da görüşmək, sizə qismət olacaq.

11. Gözlənti, arzular, boş ümidlər - qiymətli vaxtınızı hədərə verməkdir.

12. Gözləməyin ki, kimsə gəlib sizə xoşbəxtlik bağışlayacaq. Təkbaşına olsanız belə, xoşbəxt olmağı bacarın.

13.
Əgər gün ərzində kimisə sevindirmisizsə, deməli gününüz heç də əbəs keçməyib.

14. Tez-tez "Çox sağ ol", "Təşəkkür edirəm" deyin. Bunun həmişə yeri var.

İstəyirsinizmi həyatınız rahat və yüngül keçsin?

15. İçinizdə kiçik, ancaq gurultulu çıxan səsin üzərinizdə hökmranlıq etdiyi vaxt, ona əmr edin ki, səsini kəssin. Dərhal qorxacaq və susacaq.

16. Məşğul olmaq o demək deyil ki, siz uğurlu və xoşbəxt adamsınız. Bilikli və sağlam olmaq bundan daha yaxşıdır.

18. Siz heç fərqində də deyilsiniz ki, başqalarının həyatında nələr baş verir. Xüsusilə də öz güman və tapmacalarınızla nəticələr çıxartmayın.

19. Sizi xoşbəxt edən şey başqasını bədbəxt etməməlidir.

20. Qısqanclıq - bizim pis əməllərimiz və məyus olmağımızdan doğan əsas səbəbdir.

21. Dostluq dəyişə də bilər, qurtara da bilər. Canınızı sıxmayın.

22.
Yaxşı yuxudan imtina etməyin. Bu, böyük rol oynayır.

23. Əgər siz kiməsə əhəmiyyətlisinizsə, o sizə öz vaxtını sərf edəcəkdir. Əks təqdirdə, siz onun həyatında olan zəruriliyinizə çox qiymət verirsiniz.

24. Elə vəziyyətlər var ki, siz o anlarda mütləq çətinlik və məsuliyyəti öz üzərinizə götürməlisiniz.

25.
Sakitlik - qəlb üçün ən yaxşı dərmandır.

26. İrihəcmli işlərdən qorxmayın. Onları kiçik hissələrə ayırın. Görəcəksiniz ki, hər şeyi bacarırsınız.

27. Bacarsanız bir az təvazökar olun. Unutmayın ki, nə ilə lovğalansanız onsuz qalarsınız.

Fərid Abdullah

VOİCEPRES.AZ


Ранее » Arıqlamaq istəyən...çox yatmalıdır?« Далее Siyasət çirkli bir işdirmi?..