Cəmi 5 saniyəyə doldurula bilən akkumulyator yaradıldı

Maraq

189

Cəmi 5 saniyəyə doldurula bilən akkumulyator yaradıldı
Çinli alimlər tam olaraq dolması üçün cəmi 5 saniyə lazım olan akkumulyator yaradıb.

VOİCEPRESS.AZ ikt.lent.az-ın “İnforeaktor” nəşrinə istinadən məlumatına görə, onlar qeyd ediblər ki, bu innovasiya adi katod konstruksiyasından fərqlənir ki, o da alüminium-ion akkumulyatorun istifadə müddətini artırır.

Belə akkumulyatorun doldurulması üçün cəmi 5 saniyə lazım olur. Alimlər iddia edirlər ki, tərtibat 250 min sikl dolub boşalmağa, həmçinin 120 dərəcəyə qədər temperatura dözə bilir. Yaradıcıları əsas diqqəti ona yetiriblər ki, alüminium-ion akkumulyatorun istehsalının qiyməti böyük deyil. Bundan başqa, onların istifadəsi zamanı alışıb yanma riskləri mövcud deyil.

VOİCEPRESS.AZ


Ранее » Bu xanım 10 ildir qocalmır« Далее Arıqlamaq istəyən...çox yatmalıdır?