İxtisasın nə günahı?

Maraq

225

İxtisasın nə günahı?
Amerikalı sosioloqların fikrincə, bəzi ixtisaslar valideynlik borcunu yerinə yetirməkdə problem yaradır.

Ayova Universitetindən olan mütəxəssislər amerikalılar arasında onların valideyn kimi nə qədər uğurlu olması, həmçinin hansı ixtisasların müəyyən xarakterik xüsusiyyətlərlə assosiasiya olunması ilə bağlı sorğu keçiriliblər.

Məlum olub ki, vəzifələri insanların şüurunda aqresiya ( polislər , vəkillər, siyasətçilər...), zəiflik ( katiblər) və ya işdə şəxsi ünsiyyətin olmaması ilə assosiasiya olunan insanlar (zavod fəhlələri) pis valdeynlər hesab edilir. İşləri ilə əlaqədar insanlarla daha çox ünsiyyətdə olanlar isə ətrafdakılar tərəfdən yaxşı valideynlər kimi qəbul edilirlər.

Müəllimlər, məktəb direktorları, tibb işçiləri və professorlar belə ixtisas sahiblərindəndir.
Təəssüf ki, “qeyri – valideyn” ixtisaslarının nümayəndələri hansısa məqamda ictimai fikrin təsiri altına düşür və sonralar real olaraq valideyn kimi vəzifələrini pis yerinə yetirirlər. İndi psixoloqlar valideynlik borcunu layiqincə yerinə yetirməkdə çətinlik çəkənlərə kömək etmək istəyirlər.

VOİCEPRESS.AZ


Ранее » Qaçmaq infarkt riski yaradır?« Далее Məşhur rusiyalı artist vəfat etdi