«Ölülər»in 100 yaşı tamam oldu

Maraq / Manşet

3 820

«Ölülər»in 100 yaşı tamam oldu
İyunun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin ilk tamaşasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib və tragikomediya yeni quruluşda nümayiş olunub.
VOİCEPRESS.Az apa-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Akademik Milli Dram Teatrı ilə birgə təşkil etdiyi tədbirdə Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən teatrın direktoru, tamaşanın quruluşçu rejissoru Xalq Artisti Azərpaşa Nemət bildirib ki, 1909-cu ildə yazılmış "Ölülər" tragikomediyası bədii xüsusiyyətlərinə görə dünya dramaturgiyasının klassik nümunələri sırasına daxil olub.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ərsəyə gətirilən tamaşa yeni quruluşda nümayiş olunub. Şeyx Nəsrullah rolunu Xalq Artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətov ifa edib. Səhnə əsərində digər obrazları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, aktyorlar Canəli Canalıyev, Xədicə Novruzlu, Rada Nəsibova, Adil Dəmirov və başqaları canlandırıblar.

VOİCEPRESS.Az

Ранее » Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Azərbaycanı Or...« Далее Minskdə Leyla Əliyevanın Belarus dilində şeirlər kitabının tə...
Flag Counter