Nigar Rəfibəyli poeziya günü keçirilib

Maraq / Manşet

3 833

Nigar Rəfibəyli poeziya günü keçirilib
Gəncə şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm idarəsinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə Nigar Rəfibəylinin adını daşıyan 43 saylı tam orta məktəbdə Nigar poeziya günü keçirildi.

Məktəbin direktoru Günay Əliyeva qonaqları salamladı və tədbiri aparmaq üçün sözü AYB Gəncə bölməsinin sədri Xəzangül xanıma verdi. Xəzangül xanım N.Rəfibəylinin çoxşaxəli, rəngarəng yaradıcılığı barədə danışdı, Rəfibəylilər nəslinin Azərbaycan xalqı qarşısında olan müstəsna xidmətlərini ön plana çəkdi. Natiq qeyd etdi ki, xalq şairi N.Rəfibəyli əzablı, keşməkeşli, lakin çox şərəfli həyat yolu keçmişdir. Həmçinin Xəzangül xanım öz çıxışında onu da vurğuladı ki, ulu öndərimiz Heydər Əliyev bu ailə haqqında danışarkən bir evdən üç görkəmli şəxsiyyətin çıxdığını, iki Azərbaycan xalq şairinin, bir Azərbaycan xalq yazıçısının yetişdiyini ön plana çəkmişdi. Bu gün isə öz istedadı ilə bu ailənin estafetini Günel Anarqızı uğurla davam etdirir.

Məktəbin dil-ədəbiyyat müəllimi Vəfa Cəfərova N.Rəfibəyli poeziyasının gözəlliyi, tərcümə sahəsində fəaliyyəti barədə fikir və düşüncələrini bölüşdü.

43 №li məktəbin şagirdlərindən Nəzrin, Fatimə, Ruhəngiz, Nurtac, Mədinə, Zöhrə, Aytac, Ayan, Zeynəb, Süqrə, Ləman, Aysun, Lətafət, İsmayıl, Yaqub, Sevinc, Atlas, Məhəmmədəli, Nurgül, Məhəmməd, Gülər, Selcan N.Rəfibəylinin şeirlərindən ibarət maraqlı kompazisya ilə çıxış etdilər.

Şair və yazıçılardan Ramiz Təmkin, Sahib İbrahimli, İnqilab İsaq, Elməddin Nicat, Ofelya Mədətqızı, Gülafət Bayramova,Nadir Ovçu, Ceyhunə Mehmanqızı, Cahandar Aybər, Zaur Quluyev, Arzu Paşayev, İmam Cəmilli, Oqtay Abdulla, İmamverdi Məmmədov, Banu Qarayeva, Oruc Göyçəli və Aləmzər Əlizadə N.Rəfibəyli barədə öz ürək sözlərini dedilər və ona həsr etdikləri şeirlərini oxudular.



VOİCEPRESS.AZ

Ранее » Məşhur cütlük boşanma xəbərlərinə belə cavab verdi« Далее Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Azərbaycanı Or...
Flag Counter