Bakıda əfsanəvi sənətçiyə heykəl ucaldıldı

Maraq / Manşet

4 125

Bakıda əfsanəvi sənətçiyə heykəl ucaldıldı
Bakıda Azərbaycanın əfsanəvi sənətçisi Rəşid Behbudovun heykəli ucaldılıb. VOİCEPRESS-in məlumatına görə, heykəl Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının qarşısında qurulub.
Heykəlin müəllifi Azərbaycanın xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Rəşid Behbudov tərəfindən yaradılıb və hal-hazırda öz yaradıcısının adını daşıyır.

Teatrın repertuarı bu gün Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov,Cahangir Cahangirov, Rauf Hacıyev, Tofiq Quliyev, Polad Bülbüloğlu, Ramiz Mirişli, Faiq Sücəddinov, Azər Dadaşov və başqaları kimi milli bəstəkarların əsərlərindən ibarətdir.Rəşid Behbudov 1915-ci il dekabrın 14-də anadan olub, 1989-cu il iyunun 9-da dünyasını dəyişib. Ötən il R.Behbudovun 100 illik yubileyi olub. 2015-ci ildə prezident İlham Əliyev Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

VOİCEPRESS.AZ

Ранее » 11 iyun Ramazan ayının 5-ci günüdür« Далее Orucluqda ağız qoxusunun qarşısını almağın yolları
Flag Counter