Keşnişin faydaları

Maraq / Səhiyyə

2 333

Keşnişin faydaları
Ürək sağlamlığını dəstəkləyir: keşnişin ürək sağlamlığı üçün saysız-hesabsız faydası vardır. Keşniş həm xolesterinin səviyyəsini salaraq, həm də qan təzyiqini nizamlayaraq ürək sağlamlığını dəstəkləyir. Eyni zamanda tərkibindəki antioksidantlar ürək funksiyalarının düzgün işləməsini təmin edir.

VOİCEPRESS deyerler.org-a istinadən bildirir ki, infeksiyalarla mübarizə aparır: Keşniş sahib olduğu uçucu yağlara görə ən az antibiotik maddələr qədər çox təsirli antimikrob fermentlərini də özündə ehtiva edir. Bu birləşmələr xüsusilə təzə və bişməmiş keşniş yarpaqlarında olur. Bu yarpaqlar göbələk, bakteriya və maya infeksiyalarının müalicəsində də istifadə edilir.

Həzmə kömək edir: Əgər mədə pozğunluğu kimi bir vəziyyətdən əziyyət çəkirsinizsə, keşniş yemәk sizə kömәk edә bilәr. Keşniş mədənin funksiyalarına yardımçı olan qidalarla zəngindir. Bu qidalar həzmə dəstək olur. Nəticə olaraq, yeməklərə əlavə etdiyiniz çiy keşniş yarpaqları həzm sistemi üçün görəcəyiniz ən təsirli vasitәlәrdәn biridir.

Xərçəngin qarşısını alır: Keşniş antioksidant tərkibi sayəsində xərçəng müalicəsinə köməkçi olur. Bitkinin kökü üzərində aparılan araşdırmalarda, keşniş DNT zədələnməsini əngəllədiyi və eyni zamanda xərçəng hüceyrəsinin mәhvinә köməkçi olduğu görülmüşdür.

Ağız sağlamlığına yaxşı təsir göstərir: Keşniş sahib olduğu sitronelol adlı komponent, antiseptik olaraq xidmət verməsilə tanınır. Həmçinin ağızda yaranan xora və yaraların vəziyyətinin pisləşməsinin qarşısını almağa köməkçi olur. Eyni zamanda nəfəs təzələyici olmağı ilә yanaşı sağalma prosesini də sürətləndirir.


VOİCEPRESS.AZ


« Далее Ən yaxşı səhər yeməyinin sağlamlıq üçün 7 faydası
Flag Counter