Yazıçının robot oxşarı yaradıldı və danışdı: “Çoxdandır görüşmürdük”

Maraq / Manşet

1 117

Yazıçının robot oxşarı yaradıldı və danışdı: “Çoxdandır görüşmürdük”
Müasir yapon ədəbiyyatının banilərindən biri Nasume Sosekinin (1867-1916) android oxşarı yaradılıb.

VOİCEPRESS xəbər verir ki, bu haqda Nisyoqakusya Universiteti məlumat yayıb.

Bildirilib ki, robot "yazıçı" 100 illik fasilədən sonra oxucularla danışıb.
"Yazıçı" bildirib: "Dostlar, biz çoxdandır ki, görüşmürdük. Bundan təxminən 100 il keçib".

Qeyd edək ki, robot tanınmış yazıçının ölümünün 100 illiyi münasibəti ilə yaradılıb. Texnikanı Nisyoqakusya Universitetinin alimləri ərsəyə gətiriblər.
Android tədris müəssisələrində istifadə olunacaq. Belə ki, bu qurğu Nasume Sosekinin əsərlərini şagirdlərə oxuyacaq.


VOİCEPRESS.AZ


Ранее » Ukraynalı teleaparıcı: "Azərbaycanlı kişilərlə tanış olmaq ...« Далее 2017-ci ilin rəngi seçildi