"Bu hal uşağın ölümünə səbəb ola bilər" - HƏKİM XƏBƏRDARLIĞI

Manşet

4 446

Doqquz ay ana bətnində olan canlının birdən-birə yeni mühitə düşməsi, ona alışması həm stressli bir mərhələ, həm də adaptasiya dövrü sayılır”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında pediatr-neonatoloq, Mərkəzi Klinik Xəstəxananın Uşaq Mərkəzinin müdiri Sevda Əsədova deyib.

Mütəxəssis bildirib ki, eyni zamanda ananının da müəyyən zaman ərzində uyğunlaşmasını, məsuliyyəti anlamasını nəzərə alsaq, həmin mərhələni həm də keçid dövrü adlandırmaq olar: “Yeni doğulanların bir çox fizioloji xüsusiyyətləri sonrakı dövrlərdə olan uşaqlardan, hətta 3 aylıq körpələrdən seçilir. Ona görə də yeni doğulanlara qarşı xüsusi olaraq diqqətli olmaq lazımdır. Onların olduqları mühitdən tutmuş, qəbul olunan qidaya, dəriyə qulluğa, təmizliyinə kimi ayrıca yanaşmaq gərəkdir. Bütün bunlar vəhdət, harmoniya halında olmalıdır. Əks halda, yəni düzgün tənzimlənmə olmasa, uşaqlarda çox ciddi problemlər ortaya çıxa bilər”.

Həkim vurğulayıb ki, hər bir valideyn, hər bir ana yeni doğulan dövrə, onlara qulluğa hazır olmalıdır. Hansısa problemlər yarandıqda isə evdə, kor-koranə halda problemin öhdəsindən gəlməyə çalışmamalı, belə hallarda mütləq həkimə müraciət olunmalıdır.

« Далее Boğaz ağrısından qurtulmaq üçün 12 ÜSUL: həkimə ehtiyac qalm...