• 10:03 – Komitə sədrləri “ASAN Könüllüləri” ilə nələrdən danışdılar? 09:37 – İnam Kərimov taxılçılıqla bağlı müşavirə keçirdi 09:06 – Bu gün Azərbaycanda Kiçik çillə ÇIXIR 08:48 – Zabratda köçkünlərin məskunlaşdığı 4 ev yandı 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 
  • 12:35 – Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 

DGK-nın xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə artırılıb

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 2011-ci il 25 fevral tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman verib.

VoicePress.az-ın verdiyi xəbər görə, fərman Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitlə bağlıdır.

Bundan əvvəl Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunub.

Dəyişikliyə əsasən, bundan sonra gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.






Zaur
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter