Pərviz Heydərov: “Bundan sonra manatın məzənnəsi valyuta bazarında tələb ilə təklifin nisbəti altında müəyyən olunacaq”

İqtisadiyyat / Manşet

3 715

Pərviz Heydərov: “Bundan sonra manatın məzənnəsi valyuta bazarında tələb ilə təklifin nisbəti altında müəyyən olunacaq”
“Bundan sonra manatın məzənnəsi valyuta bazarında tələb ilə təklifin nisbəti altında müəyyən olunacaq”. Bunu VoicePress.az-a açıqlamasında iqtisadçı- ekspert Pərviz Heydərov dolların və manatın məzənnəsinin qeyri stabil durumundan danışarkən deyib. Onun sözlərinə görə, Mərkəzi Bankın (AMB) bu il fevral ayının 21-də 34%-lik ucuzlaşdırma siyasəti daha çox korrektə addım xarakteri daşıdısa, bu dəfə kəskin devalvasiyaya start verilib: “Bundan sonra manatın məzənnəsi valyuta bazarında tələb ilə təklifin nisbəti altında müəyyən olunacaq, AMB-in valyuta bazarında iştirakı isə buna uyğun həyata keçiriləcək. Bununla belə, məzənnənin istənilən istiqamətdə üzməsinə imkan verilməyəcəyi də bildirilib. Lakin hər şey neftin qiymətindən asılıdır. Hələ 3-4 ay öncə AMB sədri Elman Rüstəmov demişdi ki, neftin qiymətinin 40 ABŞ dollarınadək tab gətirmək gücümüz var. Hazırda isə neftin qiyməti 40 dollardan aşağıdır. Dekabrın 21-dəki 48 %-lik ucuzlaşdırma da bununla əlaqədar baş verdi. Əslində, bu addım yanvar ayında artırılacaqdı. Özü də ehtimal olunurdu ki, bir qədər yumşaq formada... Lakin bir sıra obyektiv, o cümlədən təəssüf ki, yenə də subyektiv səbəblərə görə 2016-nı gözləmək mümkün olmadı”.

Ekspert eyni zamanda əsas sual və narahatçılıq olan növbəti dəfə ucuzlaşmanın nə vaxt və neçə faiz olacağı ilə bağlı da danışdı: “Məsələ bundadır ki, devalvasiya pulun tədricən dəyərdən salınmasından ibarətdir... Bunu əslində, Mərkəzi Bankın uçot dərəcəsi deyilən göstəricisini aşağı salmaqla edirlər... Üzən məzənnə siyasəti isə pulun dəyərinin sərbəst buraxılmasıdır... Hansı ki, onu valyuta bazarı özü müəyyən edir... Bizdəki isə əslində, dəqiq olaraq hansıdır, müəyyən etmək olmur. Odur ki, proqnoz vermək çətindir. Lakin biz, hələ sentyabrda verdiyimiz müsahibələrimizdə demişdik ki, növbəti dəfə devalvasiyasının baş verib, verməyəcəyi bir çox dərəcədə Mərkəzi Bankın valyuta ehtiyyatlarının həcmindən asılıdır. Yəni bu haqda konkret proqnoz vermək mümkün olmadığını deyərkən, ilk növbədə bunu da nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın valyuta ehtiyyatlarının həcmi izlənilsin... AMB yuxarıda da qeyd etdik ki, bazardan tam çəkilməyib və çəkilməyəcək də... Yəni ki, məzənnənin istənilən istiqamətdə üzməsinə imkan verilməyəcəyi bildirilib. Deməli, söhbət, idarəolunan üzən məzənnə siyasətindən gedir. Hesab edirəm ki, bu da ölkənin valyuta gəlirləri həcminin tendensiyasından asılı olacaq. Belə ki, yaxın müddətdə neftdən əlavə xarici bazarlara çıxara biləcəyimiz və bizə valyuta gətirə biləcək istehsal, o cümlədən digər məhsullar olmadığından, hər şey "qara qızılın" dünya bazar qiymətlərindən asılı olacaq. Doğrudur, neftin qiyməti bəzilərinin proqnoz etdikləri kimi 20 dollaradək düşərsə, manatın 1 $ = 2,20 və yaxud 1 $ = 2,50-yə qədər devalvasiyaya uğrayacağı mümkündür. Ancaq mən buna inanmıram. Başqa sözlə desəm, "qara qızılın" qeyd olunan səviyyəyədək ucuzlaşacağını gözləmirəm. Çünki, neftin dünya bazarlarında hazırki qiymət səviyyəsi özü qeyri-realdır. 40 dollardan aşağı qiymət dünyada neft hasilatıyla məşğul olan şirkətlər üçün "iflas" həddidir. Odur ki, növbəti ildə manatın məzənnəsinin hazırki 1 $ = 1,55 və 1 $ = 1,80 aralığında rəqs edəcəyini güman edirəm. Makroiqtisadi göstəricilər neft gəlirlərinin 35-40 dollar qiymətinə nə dərəcədə tez adaptasiya olunarsa, manatın məzənnəsi də bir o qədər tez "oturaşacaq"...”













Gülçin

« Далее Bloomberg il ərzində dünyada ən kasıblamış milyarderin adını ...
Flag Counter