Azərbaycanın ən iri qaz yatağında hasilat 10 faiz artıb

İqtisadiyyat / Manşet

1 884

Azərbaycanın ən iri qaz yatağında hasilat 10 faiz artıb
2016-cı ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 8,02 milyard kubmetr qaz hasil olunub. Bu, ötən ilin analoji dövründəki göstəricidən 10 faiz çoxdur.

VOİCEPRESS.AZ-ın məlumatına görə, bu açıqlamanı "Natural Gas World" jurnalına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft-qaz daşınması və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov verib.

O, həmçinin qeyd edib ki, Azərbaycan daxili tələbatın ödənilməsi üçün “Şahdəniz” yatağından 2,64 milyard kubmetr qaz əldə edib.

Vitse-prezidentin sözlərinə görə, SOCAR-ın hasil etdiyi kommersiya qazının həcmi 4,22 milyard kubmetr təşkil edib.


VOİCEPRESS.AZ


Ранее » Alternativ və Bərpa Olunan Enerji Sahəsi - Yeni investisiyalara aç...« Далее Noyabrın 3-nə manatın məzənnəsi