Azərbaycanda dayanıqlı enerjinin təkamülü və ya postneft dövrü

  • 25-10-2016, 18:45
  • 967
Azərbaycanda dayanıqlı enerjinin təkamülü və ya postneft dövrü
VOİCEPRESS.AZ Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin rəhbəri, ASRP-nin Beynəlxalq Əlaqələr şöbəsinin sədri, siyasi yazar Ülkər Musazadənin Bakıda “Dayanıqlı İnkişaf 7-ci beynəlxalq” forumu çərçivəsində BMT-nin öz sessiyalarını keçirməsi, eyni zamanda alternativ və bərpa olunan enerji və ya postneft dövrünün başlanğıcı mövzusunu əhatə edən iqtisadi təhlilini təqdim edir:



Ətraf mühitin mühafizəsi yönündə effektiv beynəlxalq əməkdaşlıq beynəlxalq təşkilatların iştirakı olmadan mümkün deyil. Bu səbəblə dövlətimiz də, bir sıra ölkələrlə qarşılıqlı əməkdaşlıq edir, ölkə üçün mühim müqavilələr bağlanır. Bu sahədə dövlət başçısı, cənab İlham Əliyev də, zəruri olan bütün tədbirlərin həyata keçirilməsini dəstəkləyir. Qarşılıqlı əməkdaşlıq, bir mənalı olaraq bir sıra sosial, ictimai-siyasi, iqtisadi, ekoloji və digər problemlərin qarşısını almağa müvəffəq olur. Onu da qeyd edək ki, müasir elm insanın təbiətə təsiri və mövcud problemlərin həlli ilə bağlı çox sualları cavablandırmaq üçün yetərli deyil. Bu cür meyarların həyata keçirilməsi üçün daha çox tətqiqatların aparılmasına və ekoloji monitorinqlərin təşkilini tələb edən qlobal və regional elmi-biliklərin mübadiləsinə ehtiyac var.


Bu cür ekoloji tədbirlərin keçirilməsinin öz əhəmiyyətli tarixçəsi var. 1949-cu ildə ABŞ-da, Leyk-Saksessedə BMT-nin təşkilatçılığı ilə ilk dəfə ekologiyanın mühafizəsi beynəlxalq elmi-texniki konfransı keçirilmişdi. Daha sonra 1972-ci ilə təsadüf edən “ekologizasiya” aksiyası ilə yadda qalan Stokholm konfransını misal çəkmək olar. Bu kimi önəmli konfranslar keçiriləndə Azərbaycan hələ müstəqil dövlət kimi həmin konfranslarda iştirak etmək imkanından məhrum idi. Bu gün isə əminliklə deyə bilərik ki, Azərbaycan nəinki, BMT səviyyəsində bu kimi qlobal problemlərin həllində iştirak edir, onların həlli istiqamətində öz tövhəsini verir və bu cür qlobal əhəmiyyətə malik forumların keçirilməsinə ev sahibliyi edir. Bu günlərdə BMT-nin ənənəvi olaraq, Cenevrədə keçirdiyi sessiyalarının Azərbaycanın paytaxt şəhəri Bakıda keçirməsi buna sübut ola bilər.


Qeyd edək ki, Bakıda baş tutan forum, “Dayanıqlı İnkişaf 7-ci beynəlxalq” forumdur. Lakin məhz bu forumda ilk dəfə olaraq, BMT AİK regionlarında bərpa olunan energetikanın vəziyyətinə dair beynəlxalq konfransı da, baş tutdu. Belə bir konfrans indiyə kimi heç vaxt BMT-nin Cenevrədəki mənzil qərərgahından kənarda keçirilməmişdi. Azərbaycanın maraqlı strateji müttəfiq və bu sahə üzrə özünə məxsus təcrübəyə malik olduğunu nəzərə alaraq, bu dəfə BMT öz sessiyalarını ənənədən kənar olaraq, məhz Bakıda və Bakı forumu çərçivəsində keçirməyə qərar verməsi əslində Azərbaycan adına böyük bir uğurun nəticəsiydi.

“Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu Azərbaycan höküməti və BMT-nin təşkilatçılığı ilə baş tutdu. Forumda məlum olduğu kimi 70-dən çox dövlət nümayəndəsi, 500-ə yaxın xarici qeyri hökümət təşkilatlarının üzvləri, ekspert və mütəxəssislər iştirak edirdi. Dünyanın hər bir yerindən Bakıya üz tutan xarici iştirakçıların hər birinin gözündə fərqli bir Bakı, başqa bir azərbaycanlı təsviri görmək mümkün idi. Bir sözlə, Alternativ və Bərpa olunan enerji sahəsində 4 il müddətində Azərbaycanın nail olduğu uğur forumda iştirak edən bütün xarici mütəxəssisləri yaxşı mənada təəcübləndirməyi bacardı. Bir sıra xarici iqtisadçılar etiraf edir ki, Azərbaycan alternativ və bərpa olunan enerji sahəsində meqasürətlə irəliləyir. Dayanıqlı enerji sahəsindəki bu inkişaf təkamülü isə 30 il ərzində Azərbaycanın 4 il ərzində nail ola bildiyini əldə edə bilməyənlər üçün sözün əsl mənasında təcrübə məktəbi oldu.

Eyni zamanda forumun başlıca məqsədi ölkələrin dayanıqlı inkişaf hədəflərinə nail olmaq, milli səviyyədə Paris sazişinə dəstək duracaq, qlobal miqyasda iqlim dəyişikliklərinə tövhə verəcək hədəf və məqsədlərin müəyyənləşməsi, cari dövrə olan vəziyyətin müəyyən edilməsi və gələcəkdə atılması tələb olunan addımların formalaşdırılmasından ibarət idi. Məlum olduğu kimi hər bir dövlətin öz milli və daha qlobal miqyasda dəff ediləcək məqsədləri mövcuddur. Belə ki, əgər 2015-ci ildə Nyu-York şəhərində BMT-nin assambleyası çərçivəsində Paris sazişi əsasında iqlim dəyişikliklərinə öz tövhəsini verəcək çox önəmli məsələlərə toxunulmuşdusa, Bakı forumunda “Dayanıqlı İnkişaf üçün Enerji” VII Beynəlxalq Forumu çərçivəsində qlobal miqyasda sahə üzrə beynəlxalq nüfuza malik Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi və Beynəlxalq Enerji Agentliyi tərəfinən mövcud BMT AİK region vəziyyətinə dair müxtəlif hesabatlar təqdim edildi və səsləndirildi. Bu isə özü özlüyündə birmənalı olaraq, forumda iştirak edən xarici mütəxəssislərin reprezentiv göstəricilər hesabına gələcək addımların formalaşdırılması üçün böyük əhəmiyyətə malikdir.

Bu kimi önəmli məsələlərin xüsusən Bakı forumunda müzakirə obyektinə çevrilməsi də, olduqca vacib idi. Çünki bütün bunlar özü özlüyündə ənənəvi forum üçün böyük bir yeniliyə səbəb oldu. Bu forum mövcudun təkmil formasında yeni baxış obyektinə çevrilməsi kimi qiymətləndirilməlidir. Bərpa olunan enerjinin ümumi enerji balansında həcminin artırılması, eyni zamanda iqtisadiyyatın bütün sahələrində tətbiq olunması məsələsi, ətraf mühütün təsirinin azaldılması ilə ekoloji tarazlığın qorunub saxlanılması üçün atılacaq addımların, investiyaların cəlb edilməsi istiqamətində görülməsi tələb olunan tədbirlər, regionun yeni və modern enerji ilə təmin edilməsi kimi məsələlər “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu çərçivəsində müzakirə olunan önəmli məsələlərdən idi. Bunun əsasında isə forumun yekun nəticəsi hesab edilən “Bakı-Fəaliyyətə Çağırış” bəyannaməsi də, tərtib edildi.

Bu isə birmənalı olaraq, müzakirələr əsasında qəbul edilən Bakı bəyannaməsinin əlavəsi olan Ministerial, yəni Astanada keçiriləcəyi nəzərdə tutulan növbəti 8-ci forumda nazirlərin imzası ilə öz təsdiqini tapacaq bir bəyannamənin Bakı forumunda tərtib edilməsi deməkdir.



Azərbaycanda dayanıqlı enerjinin təkamülü və ya postneft dövrü
Alterntiv və bərpa olunan enerji - qeyri neft sektorunun inkişafı

Alternativ və bərpa olunan enerji mənbələrinin kəşfi və istifadəsi sahəsində son illərdə dünyada görülən işlərin intensivləşdiyindən və artıq hər kəsi heyrətləndirə biləcək naliyyətlərin əldə olunması, əslində qeyri neft sektorunun inkişaf etməkdə olan sahəsi kimi də, qələmə verilməlidir. 2005-2015-ci illər ərzində Azərbaycan dayanıqlı enerji sahəsinə 987,4 milyon manat vəsit yatırım edib. Ümumi qeyd edilən məbləğin 83%-i dövlət vəsaitinin, 17% isə özəl sektorun payına düşür. Bu gün Azərbaycanda cəmi 6%, bəzi mənbələrin məlumatına görə 8% alternativ və bərpa olunan enerji istehlak olunur. Lakin bu göstərici yaxın gələcəkdə artırılarsa, o zaman Azərbaycan ekspertlərin fikirincə 2020-ci ilə qədər 1.1 milyard kubmetr təbii qaza qənaət etmiş olarıq. Bu isə ÜMD-nin 7.9% deməkdir.
Dövlət rəhbərliyinin dəstəyi və diqqəti sayəsində bu gün sözü gedən sahədə işlər durmadan təkmilləşdirilir. Bunun birinci səbəbi təbii ki, ənənəvi enerji mənbələrinin getdikcə tükənməsi ilə bağlıdır. Hər kəsə məlumdur ki, ənənəvi enerji mənbələri getdikcə tükənir və bir neçə on ildən sonra onları əvəzləyəcək yeni enerji mənbəələrinə böyük ehtiyac yaranacaq. Bu sadəcə hansısa regionun deyil, ümumilikdə bütün qlobal dünyanın probleminə çevrilib. Səbəb alternativ enerji mənbələrinin daha ucuz başa gəlməsidirsə, bundan heç də az olmayan vacib tərəf isə yeni enerji mənbələrinin ekoloji cəhətdən təmiz olması və atmosferi az çirkləndirməsi və ya ümumiyyətlə, çirkləndirməməsidir.
Azərbaycan daxil olmaqla, bir sıra neft ixrac edən dövlətlərin dayanıqlı enerjinin inkişaf etdirilməsi sayəsində tezliklə postneft dövlətinə çevrilməsi deməkdir. Etiraf etmək gərəkir ki, 4-5 il bundan əvvəl Azərbaycan xalis neft-qaz ölkəsi hesab edilirdisə, bu gün artıq Azərbaycanı həm də digər iqtisadi inkişaf sahələrinə görə tanıyırlar. Ölkə iqtisadiyyatının digər daha gəlirli hesab edilən alternativ və bərpa olunan enerji sahəsi bu gün qeyri neft sektorunun inkişafı baxımından hər tərəfli öz töhəsini verə biləcək bir sahədir.
Alternativ və Bərpa olunan enerji sahəsinin inkişafı ənənəvi enerji mənbələrinin istehlakına qənaət etməklə yanaşı, xarici dövlətlərə ixracat və tranziti kimi qəbul edilməlidir. Bu isə birmənalı olaraq, dövlət iqtisadiyyatının möhkəmləndirilməsi baxımından uğurlu nəticədir. Eyni zamanda dayanıqlı enerji sahəsinin inkişafı Azərbaycana investisiya baxımından da, gəlir gətirə biləcək önəmli sahələrdən hesab olunur.


Alternativ texnologiyalar üzrə bazar institutu ilə Azərbaycan necə lider ola bilər?

Bu gün Azərbaycanda davamlı enerji sahəsinin daha gəlirli sahə kimi inkişaf edib, formalaşması üçün hazırda mütləq sürətdə alternativ texnologiyalar sahəsi üzrə bazar institutu yaradılmalıdır. Belə olan halda alternativ və bərpa olunan enerjinin istehlak həcmi ona olan təlabatı artıqlaması ilə ödəmək iqtidarında olacaqdır. Əgər 2004-cü ildə Avropa Birliyi ölkələrində alternativ enerjinin istehlak həcmi ümumilikdə 8.3% təşkil edirdisə, bu göstərici hələ 2012-ci ildə 14.1% olmuşdur. Bu gün davamlı enerjinin istehlak həcminə görə İsveç liderlik edir. İsveçdə hələ 2012-ci ildə davamlı enerjinin istehlak həcmi 51% idi. Bu gün İsveç alternativ texnologiyalar sahəsi üzrə bazar institutu sayəsində davamlı enerji sahəsinin hər bir sahəsini: biokütlə, günəş, külək, dalğa, geotermal enerji, tullantılardan əldə edilən enerji və bioyanacaqların hər biri üzrə 2020-ci ilə kimi 20% alternativ enerji istehlakı həcmi götürməyi planlaşdırır. Norveç isə bu planı demək olar çoxdan yerinə yetirib. Çünki hələ 2012-ci ildə Norveçdə davamlı enerjinin istehlak həcmi 64.5% təşkil edirdi.
Azərbaycanda dayanıqlı enerjinin təkamülü və ya postneft dövrü
Bu gün Avropa ölkələrinin alternativ enerjinin istehlakı həcminə görə, göstəricilərinə diqqət yetirsək, Latviya 35.8%, Finlyandiya 34.3%, Avstriya 32.1% və Danimarkada 26%, Böyük Britaniyanın 4.2%, Niderlandın 4.5% alternativ və bərpa olunana enerjinin istehlak həcmi təşkil edir. Bu da, ona əsas verir ki, bu gün alternativ texnologiyalar üzrə bazar institutu yaradılarsa, Azərbaycan mövcud inkişaf tempi, bu sahədəki potensialı və sahib olduğu resursları ilə, bu göstəricilərin hər birini geridə qoymaq imkanına malik olar. Əgər nəzərə alsaq ki, Azərbaycan 2020-ci ilə kimi alternativ və bərpa olunan enerjinin istehlak həcmini 9.7%-ə çatdırmağı qarşısına hədəf qoyubsa, alternativ texnologiyalar üzrə bazar institutunun yaradılması ilə bu göstəriciyə daha tez zamanda nail ola bilər.





VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    ABŞ səfiri BMT-də Rusiyanı xəbərdar etdi və Qarabağ məsələsini qaldırdı
    İcra başçıları ilə bağlı ciddi dəyişikliklər gözlənilir
    İlham Əliyev Bruney Sultanını təbrik edib
    Qar geri qayıdır
    Aprelin 1-dən nəqliyyatda gediş haqları aşağı salınır
    Şotlandiya parlamentində Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edildi
    Amerikada güclü daşqınlar: minlərlə insan evakuasiya olundu
    Dəbdəbəli qəbirlərə qadağa qoyulacaq
    Makedoniya parlamentinin üzvü:
    Prezident İlham Əliyev Qarabağ atı cinsinin inkişafı ilə bağlı sərəncam imzaladı
    Azərbaycan Xalça Muzeyi Binəqədi gənclərində xoş təəssürat oyadıb
    Abituriyentlərə MÜRACİƏT
    Cocuq Mərcanlıda məktəb binasının tikintisinə başlanılıb
    Yerevanda 2008-ci il mitinq qurbanlarının xatirəsinə yürüş keçiriləcək
    Nazir:
    Fevralın 23-nə manatın məzənnəsi
    Nizami rayonunda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
    Hərbi qulluqçumuz şəhid olub
    Lavrov erməni həmkarını təltif etdi -
    ADU-da müəllimlərdən beynəlxalq dil sertifikatı tələb olunacaq
    Fələstin Baş nazirinin müavini Azərbaycana gələcək
    Pərviz Heydərov:
    Dəvətsiz İraq və Suriyaya girənlər bu ölkələrdən çıxmalıdırlar - İran rəsmisi
    Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş xüsusi buraxılış işıq üzü görüb
    Qənirə Paşayeva:
    Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü keçirilib
    Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
    Novruz Məmmədov:
    Yardımlının bir fotoya görə məşhurlaşan MÜƏLLİMİNƏ BÖYÜK SÜRPRİZ
    Ramil Usubov oğlunu rəis təyin etdi
    IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi üzrə Tədbirlər Planı təsdiqləndi
    Çində fabrikdə partlayış baş verib: 3 ölü
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir