İranın "Mahan Air" aviaşirkəti Bakıya uçuşlara başlayır

İqtisadiyyat / Manşet

758

İranın
İranın "Mahan Air" aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır.

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən VOİCEPRESS.Az-a verilən məlumata görə, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 3 dəfə yerinə yetirmək sorğusundan sonra verib.

Uçuşların həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və bazar günləri Airbus A310 layneri ilə yerinə yetirilməsi planlaşdırılır.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" və "ATA Airlines" aviaşirkətləri də Tehrana uçuşlar həyata keçirir.




VOİCEPRESS.AZ


Ранее » Manatın bu günə məzənnəsi« Далее Nazir: Yeni özünüməşğulluq proqramı 1500 nəfərə biznesini qurmağa imka...