• 12:15 – Azərbaycanlı “Tank” almaniyalı rəqibinə aman vermədi 12:09 – Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL 11:43 – Yaxın Şərqdə gərginlik – İsrail cavab verəcəyini açıqladı 11:29 – Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ 11:26 – Milli komandamız bu gün Litvanı qəbul edir 
  • 15:21 – İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 13:21 – Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq 

Pensiya ilə bağlı nazirlikdə yeni şöbə yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında Sosial sığorta və pensiya siyasəti şöbəsi yaradılıb.

VOİCEPRESS.Az bildirir ki, bu barədə report-un sorğusuna cavab olaraq nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Şöbə müdiri xatırladıb ki, prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib. Bununla əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsində aparılan dəyişikliklərlə, əmək pensiyaları və sosial sığorta sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və qanunvericiliyə uyğun olaraq həmin siyasətin həyata keçirilməsinin təmin olunması nazirliyin fəaliyyət istiqamətləri sırasına daxil edilib.

"Sosial sığorta və pensiya siyasəti şöbəsi də müvafiq sahədə vəzifələrin yerinə yetirilməsini, o cümlədən sosial sığorta və pensiya sistemi ilə bağlı normativ hüquqi aktların, aidiyyəti fəaliyyət sahələri üzrə proqram və layihələrin, təlimatı-metodiki göstərişlərin işlənib hazırlanmasını, təkliflərin verilməsini təmin edəcək. Şöbənin müdiri vəzifəsinə əvvəllər Dövlət Sosial Təminat Xidmətinin rəisi vəzifəsində çalışmış Çingiz Əliyev təyin olunub".


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter