Azərbaycan bu ölkələrə fındıq ixrac edəcək

İqtisadiyyat / Manşet

900

Azərbaycan bu ölkələrə fındıq ixrac edəcək

Azərbaycan fındığı daha 3 ölkəyə ixrac olunacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS.AZ-a bildiriblər ki, Paris şəhərində keçirilmiş "SIAL Paris" beynəlxalq ərzaq sərgisi başa çatıb.

"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 23 Azərbaycan şirkətinin məhsulları "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edilib. Əvvəlki sərgilərdə olduğu kimi, "SIALl Paris"də də Azərbaycan məhsulları keyfiyyət və dadı ilə sərgi ziyarətçiləri və xarici şirkətlər tərəfindən maraqla qarşılanıb.

Sərgi çərçivəsində Azərbaycanın "A+Co" şirkətinin şərab və digər spirtli içkilərinin Norveçə, "Göygöl şərab zavodu"nun məhsullarının ABŞ, Kamboca və Çinə ixracına dair ilkin razılıqlar əldə edilib. Azərbaycanın "Aznar" və "Agro-Azerinvest" şirkətinin məhsullarının Braziliya, Ukrayna və Almaniyaya, "Tovuz Baltiya" şirkəti isə Yaponiya, İtaliya, Çin, Ruminiya, Kamboca şirkətləri ilə məhsullarının ixracına dair danışıqlar aparıb. Bununla yanaşı, Azərbaycanın "Mars-FK" şirkəti Fransaya 36 ton, Cibutiyə 18 ton, Polşaya həftədə 18 ton, "Kaslar" şirkəti isə Polşaya 40 ton fındıq ləpəsinin ixracına dair razılıq əldə edib. Yaxın vaxtlarda məhsulların müvafiq ölkələrə ixracına başlanılacaq.

Bundan başqa, Azərbaycanın "Eco-Dry" şirkəti ilə Cibutinin "Al-Camil" şirkəti arasında alma ixracına dair sazişin imzalanması barədə razılığa gəlinib. Meyvə-tərəvəz istehsalı ilə məşğul olan "Azərstar" şirkəti öz məhsullarının Rusiya, İtaliya və Fransaya, "AZ-Granata" şirkəti isə İsrail, ABŞ-a nar şirəsi, İspaniyaya nar şərabı ixracına dair razılıq əldə ediblər.

"Balxurma" şirkəti Fransa, Portuqaliya, Hollandiya, Almaniya, İsveçrə və Rumıniyadan olan topdansatış şirkətləri, həmçinin İtaliya, Dubay, Misir və Yaponiyada fəaliyyət göstərən "Horeca" mağazalar şəbəkəsi ilə məhsulların ixracına dair danışıqları davam etdirir.

Qeyd edək ki, bu il dünyanın 109 ölkəsindən 7 mindən şirkətin iştirak etdiyi "SIAL Paris" Avropanın ən irimiqyaslı ərzaq məhsulları sərgilərindədir.








VOİCEPRESS.AZ

Ранее » Azərbaycan İspaniyaya nar şərabı ixrac edəcək« Далее Azərbaycan nefti ucuzlaşdı