ADRA reklam sahəsindəki beynəlxalq təcrübəni Azərbaycana gətirir

İqtisadiyyat / Manşet

549

ADRA reklam sahəsindəki beynəlxalq təcrübəni Azərbaycana gətirir

Azərbaycan Dövlər Reklam Agentliyi (ADRA) MDB-nin Reklam üzrə Əlaqələndirmə Şurasına üzv ola bilər.

VOİCEPRESS.AZ bildirir ki, bu haqda təklif agentliyin əməkdaşının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq tədbirdə iştirakı zamanı irəli sürülüb. MDB-yə üzv ölkələrin dövlət və ictimai qurumlarını özündə birləşdirən şuranın toplantısında reklam bazarlarının tənzimlənməsi, bu sahəyə dair qanunvericiliyin yenilənməsi, reklamların məzmununa nəzarət mövzuları ətrafında fikir mübadiləsi aparılıb, iştirakçı ölkələrin təcrübəsi müzakirə olunub. Qurumun illik toplantısında ilk dəfə iştirak edən ADRA–nın Strateji İnkişaf şöbəsinin müdiri Rüfət Tağızadə tədbir iştirakçılarına təmsil etdiyi agentlik və ölkənin açıq məkandakı reklam mühiti barədə məlumat verib.







VOİCEPRESS.AZ

Ранее » “Nokia” “Samsung”la müqavilə imzaladı« Далее Azərbaycan İspaniyaya nar şərabı ixrac edəcək