“Nokia” “Samsung”la müqavilə imzaladı

İqtisadiyyat / Manşet

810

“Nokia” “Samsung”la müqavilə imzaladı

Bir müddətdir “Samsung” və “Nokia” arasında davam edən patent müzakirələri yekunlaşıb. VOİCEPRESS.AZ xəbər verir ki, şirkətlər arasında ikili, mövcud patentlər haqqında yeni bir müqavilə imzalanıb.

Smartfon sektorunda mövcud rəqabət istehsalçıları arasında problemləri artırır. Əlbəttə, hər bir istehsalçı istifadə etdiyi yeni texnologiyanı patentlərlə qarantiya altına almaq istəyir. Beləliklə, başqa bir istifadəçi eyni texnologiyadan istifadə edərkən haqq sahibinə pul ödəməlidir.

Hazırda smartfon bazarında fəaliyyət göstərən şirkətlər arasında onlarla patent iddiası olan məhkəmə prosesləri var. Onlardan bəziləri qanuni nizamlansa da, bəziləri hələ də bir nəticəyə gəlinməmiş vəziyyətdədir.

“Nokia” və “Samsung” şirkətləri beş il bundan əvvəl mövcud olan bəzi patentlərə görə razılığa gəlmişdi. 2018-ci ildən etibarən tərəflər bir daha bir araya gəlib və müqavilə imzalayıblar. Müqavilənin şərtləri haqqında şirkətlər hələ ki, tam açıqlama verməyib. Sadəcə patent müddətinin uzaldıldığı bildirilib.




VOİCEPRESS.AZ

Ранее » Azərbaycan şərabı və meyvə şirələri bu ölkəyə də ixrac ol...« Далее ADRA reklam sahəsindəki beynəlxalq təcrübəni Azərbaycana gətir...