Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat / Manşet

576

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 19-da 80,95 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,44 dollar/barel çoxdur. VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 19-da 80,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 19-da 77,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 19-da 80,64 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,43 dollar/barel çoxdur.








VOİCEPRESS.AZ

Ранее » Manat və dolların bugünkü MƏZƏNNƏSİ« Далее Fermerlər üçün üçün vergi güzəştləri daha 5 il uzadılacaq