• 23:34 – NATO-nun baş katibi Gürcüstana gəlir 22:00 – İraqda bərə qəzası: ölü sayı 71-ə çatdı - YENİLƏNİB 21:19 – Bakıda mebel sexi yanıb 20:41 – XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır” 18:16 – Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi 
  • 15:52 – Əli Həsənov: "Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək" 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 11:33 – Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır 

Ezamiyyət xərclərinin normaları artırıldı

Ezamiyyət xərclərinin normalarının artırılması barədə dəyişiklik təsdiq edilib.

VOİCEPRESS.AZ xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında dəyişikliklər edib.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65 manatdan 90 manata, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manatdan 70 manata, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45 manatdan 65 manata qaldırılıb.

İndiyə qədər daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 10 manat əlavə vəsait verilib. Dəyişikliyə əsasən, bu vəsait 15 manata qaldırılıb.

Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minir.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter