Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini yenə azaltdı

İqtisadiyyat

207

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini yenə azaltdı
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 11-dən 10 faizə endirib.

VOİCEPRESS.AZ
bildirir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O qeyd edib ki, AMB, həmçinin faiz dəhlizinin yuxarı həddini 14-dən 12 faizədək azaldıb: "Faiz dəhlizinin aşağı həddi isə 8 faiz səviyyəsində saxlanılıb".

E.Rüstəmov əlavə edib ki, Mərkəzi Bank uçot dərəcəsini azaltmağı davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl, aprelin 9-da AMB uçot dərəcəsini 13 faizdən 11 faizə endirib.

Ümumilikdə ilin əvvəlindən artıq üçüncü dəfədir ki uçot dərəcəsi azaldılır. Belə ki, Mərkəzi Bank fevralda uçot dərəcəsini 15-dən 13 faizə endirmişdi.

VOİCEPRESS.AZ


Ранее » Parisdə 2025-ci il Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bak...« Далее Başqa ölkələr də "Cənub Qaz Dəhlizi"nə qoşula bilərlər
Flag Counter