• 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 12:36 – Ukraynada 20 Yanvar Bakı qırğını ilə bağlı silsilə filmlər hazırlanacaq 11:20 – Təhsil Nazirliyinin tabeliyindəki qurumlardan 1-i ləğv edilir, 6-sı isə birləşdirilir - SİYAHI 11:06 – Hansı məmurlara xidməti avtomobil veriləcək? - Prezidentdən TAPŞIRIQ - Siyahı hazırlanacaq 10:34 – “İdaretmə aparatı çox şişmişdi” - Deputat Prezidentin son islahatlarını yüksək dəyərləndirdi 
  • 21:46 – “Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi 
  • 18:10 – Dubayda “Azərbaycan Ticarət Evi” açıldı 
  • 23:07 – Güclü külək Bakıda fəsadlar törətdi 

Azərbaycan və Türkiyə XXI əsrin enerji tarixini yazır - VİDEO

Uzun illərdir düşünülən, planlaşdırılan ancaq real işə gələndə bəzi tərəflərin addım atmağa cəsarət etmədiyi layihəni Azərbaycan və Türkiyə birlikdə reallığa çevirdi. Özü də cəmi 6 il kimi qısa bir müddətdə. Halbuki, bu qədər müddətdə bir çox ölkələr belə nəhəng layihənin ancaq ya təməlqoyma mərasimini keçirib ya da çox az bir hissəsini icra edə bilib.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev TANAP-ın açılış mərasimindəki nitqində XXI əsrin enerji tarixini Azərbaycan və Türkiyənin birgə yazdığını vurğulamışdı. VOİCEPRESS.AZ bildirir ki, TANAP həm siyasi sabitlik gətirdi, həm də iqtisadi cəhətdən bölgənin inkişafına böyük töhvə vermiş oldu. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Azərbaycan-Türkiyə liderlərinin birgə güclü siyasi iradəsinin məntiqi nəticəsidir.

Ekspert İlham Şaban bildirir ki, açılış mərasimində Ukrayna prezidentinin tədbirdə iştirakı onu deməyə əsas verir ki, Azərbaycan qazının şaxələndiyi ərazi fantastik həcmdə böyüyə bilər. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması, eyni zamanda rəsmi Bakının dünyada daha böyük nüfuz sahibi olması deməkdir.

Cənub Qaz Dəhlizi eyni zamanda Avrasiyada yeni əməkdaşlıq və işbirliyi formatı yaradıb.Əgər 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkənin isə bu layihədə iştirak edəcəyi gözlənilir. (xezerxeber.az)



VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter