Dollara təsir edə biləcək QƏRAR VERİLDİ

İqtisadiyyat / Manşet

864

Dollara təsir edə biləcək QƏRAR VERİLDİ
Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

VOİCEPRESS.AZ
bildirir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 1,75- 2,0%-dək artırıb.

Qeyd edək ki, bundan əvvəl FED martın 21-də uçot dərəcəsini artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

Uçot dərəcəsinin artırılması dolların məzənnəsinin möhkəmlənməsinə birbaşa təsir edir.

VOICEPRESS.AZ


Ранее » Türkiyə Nəqliyyat Nazirliyi: "Qars-İğdır-Naxçıvan dəmir yolu...« Далее Azərbaycan və Türkiyə XXI əsrin enerji tarixini yazır - VİDEO
Flag Counter