Gömrük Komitəsi kərə yağının bahalaşmasına görə məsuliyyəti boynundan ATDI

İqtisadiyyat / Ölkə içi

288

Gömrük Komitəsi kərə yağının bahalaşmasına görə məsuliyyəti boynundan ATDI
Azərbaycana gətirilən kərə yağı üçün gömrük idxal rüsumunun 3 dəfə azaldılması barədə qərardan sonra ekspertlər əhəmiyyətli qiymət ucuzlaşmasının şahidi olacağımızın anonsunu verirdi. Amma nəticə gözlənilən kimi olmadı. Hələ də istehlak bazarında kərə yağları 14-15 manatdan başlayan qiymətlərlə təklif edilir. Xatırladaq ki, 21 fevral və 21 dekabr devalvasiyalarına qədər kərə yağları 2 dəfə ucuz satılırdı...


VOİCEPRESS.AZ
xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynov gömrük rüsumları ilə bağlı məlumat verərkən deyib ki, kərə yağının baha olması gömrük rüsumu ilə bağlı deyil:

“Azərbaycanda kərə yağının qiymət artımı gömrük rüsumları ilə bağlı deyil. Biz kərə yağının rüsumunu 15 faizdən 5 faizə endirmişik. Ancaq kərə yağının qiymətində heç bir fərq olmayıb. Deməli, ölkəmizdə bu cür malların qiyməti gömrük rüsumu ilə əlaqəli deyil".


Ə.Hüseynov qeyd edib ki, bəzi mallara sepesifik rüsumlar tətbiq olunur:

"Buna misal olaraq spirtli içkiləri, tütün məmulatları, avtomobilləri göstərmək olar. Eyni zamanda Azərbaycanda istehsal olunan bəzi kənd təsərrüfatı məhsullarına da spesifik rüsumlar tətbiq olunur".

Xatırladaq ki, 2017-ci ilin noyabrında Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 15 faizdən 5 faizə salınması ilə bağlı qərar qəbul edib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.

VOİCEPRESS.AZ


Ранее » “Xəzər” maşınları satışa çıxarılır« Далее Elman Rüstəmov: “Kredit faizləri çox yüksəkdir”
Flag Counter