• 00:06 – Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO 23:26 – Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı 22:57 – Güclü külək Şamaxıya da ziyan vurdu 22:39 – İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur 21:37 – “Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev 
  • 16:27 – Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat 
  • 08:26 – Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı 
  • 16:13 – Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI 

Büdcəyə gələn əlavə milyardlar necə xərclənəcək?

Hələlik sənəd Milli Məclisə daxil olmayıb, ancaq gələn ay parlamentin növbədənkənar iclasında dövlət büdcəsinə baxılacaq.

VOİCEPRESS.AZ
axar.az-a istinadən xəbər verir ki, bunu 2018-ci ilin dövlət büdcəsində gözlənilən dəyişikliklərlə bağlı danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, dövlət büdcəsində gözlənilən dəyişikliklər əsasən dünya bazarında neftin qiymətinin kəskin artması ilə əlaqədardır:

“2018-ci ilin dövlət büdcəsini qəbul edərkən neftin qiymətini 45 dollardan götürmüşdük. Ancaq hazırda neftin qiyməti 80 dolları ötüb. Neftin qiymətində dəyişikliklər olduğu üçün Azərbaycanın dövlət büdcəsinə və Neft Fonduna əlavə gəlirlər daxil olub. Bu da büdcəyə daxil olan əlavə gəlirlərin bölüşdürülməsi məsələsinə baxılmasını labüd edir. Ümumiyyətlə, neftin qiyməti 65-70 dollar səviyyəsində götürülə bilər ki, bu da əlavə 4-5 milyarda yaxın vəsait deməkdir”.

Millət vəkili büdcəyə əlavə ediləcək vəsaitin müəyyən məqsədlər üçün istifadə ediləcəyini vurğulayıb:

“Söhbət bank sisteminin sağlamlaşdırılması, sosial təbəqələrdə, xüsusilə də büdcədən maliyyələşən təşkilatlarda əmək haqlarından, həmçinin sosial layihələrin həyata keçirilməsindən gedir”.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter