Yeni aqrobağlar SALINACAQ

İqtisadiyyat / Ölkə içi

387

Yeni aqrobağlar SALINACAQ
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ilin 4 ayı ərzində 35 hektarda 16500 ədəd zeytun, badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb”.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu sözləri mətbuat konfransında “Azəryaşlandşaft” ASC-nin sədri Ramik Əşrəfov deyib. O bildirib ki, əkilən ağaclar nazirliyin tinglik sahələrində yetişdirilib.

“2018-2021 ci 1610 hektar sahədə yeni aqrobağların salınması nəzərdə tutulur. Hazırda tinglik sahələrində 2535870 ədəd müxtəlif cinsli tinglər mövcuddur. 2018-ci ilin payızında isə 921000 ədəd meyvə tinglərinin yetişdirilməsin nəzərdə tutulub”.

Sədrin sözlərinə görə, 2008-ci ildən bu günədək respublikanın magistral avtomobil yollarının ətrafında 4443 hektar ərazidə 5439580 ədəd müxtəlif cinsi ağaclar əkilib.

VOİCEPRESS.AZ


Ранее » Vətəndaşlara beş min manatadək güzəşt qərarı verildi
Flag Counter