Kriptovalyuta bazarında QİYMƏTLƏR

İqtisadiyyat

207

Kriptovalyuta bazarında QİYMƏTLƏR
Dünyanın ən populyar kriptovalyutası olan bitkoin ucuzlaşıb.

VOİCEPRESS.AZ
bildirir ki, bitkoin son bir neçə həftə ərzində ilk dəfə 9 min dollar həddindən aşağı düşüb.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 3,79% ucuzlaşaraq 8993 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də azalma qeydə alınıb. Belə ki, "Ethereum" 3,49% və ya 735,29 dollaradək, "Ripple" 5,56% (0,758 dollara qədər), "Bitcoin Cash" isə 6,71% (1543 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 418,05 milyard dollar təşkil edir və bunun 36,6 faizi bitkoinin payına düşür.

VOİCEPRESS.AZ


Ранее » “Cənub Qaz Dəhlizi” layihəsinin işə düşəcəyi tarix məlum...« Далее Neft ucuzlaşdı
Flag Counter