Neftin qiyməti 100 dolları ötəcək

İqtisadiyyat

522

Neftin qiyməti 100 dolları ötəcək
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda neftin bir barrelinin qiyməti yaxın zamanda 100 dollara çatacaq.

VOİCEPRESS.AZ
istinadla xəbər verir ki, bu barədə ABŞ-ın CNBC telekanalının neft-qaz sektoru analitiki açıqlama verib.

"Yaxın Şərqdə nə isə baş versə, neft qiyməti üçrəqəmli göstəricilərə qalxacaq. Bu ssenarinin tam real olduğunu hesab edirəm”,- deyə "Akap Enerji” analitik şirkətinin təsisçisi Aniş Kapadiya bildirib.

O, hələ bundan təxminən il yarım əvvəl neft qiymətinin 60-70 dollara çatacağını proqnozlaşdırdığını xatırladıb.

Kapadiyanın sözlərinə görə, həmin vaxt bazar iştirakçıları onun bu proqnozunu məsxərəyə qoysa da, sonra bu reallığa çevrildi.

Qeyd edək ki, hazırda "Brent” markalı neftin bir barreli 72.62 dollara satılır.

VOİCEPRESS.AZ


Ранее » Bakıdan Rusiya sərhədinədək yeni yolun tikintisinə başlanılıb« Далее Neft ucuzlaşıb