Turistlərin Azərbaycandakı bank əməliyyatlarının həcmi açıqlandı

İqtisadiyyat / Ölkə içi

549

Turistlərin Azərbaycandakı bank əməliyyatlarının həcmi açıqlandı
Azərbaycana gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə cari ilin yanvar ayında 99,798,809 manat, fevral ayında 91,128,890 manat, ümumilikdə isə 190,927,699 manat məbləğində əməliyyat aparılıb.

VOİCEPRESS.AZ
xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə 31,565,965 manat, yəni 20% daha çox vəsait xərclənib.

Xatırladaq ki, 2017-ci ildə xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsilə 1,022,036,752 manat məbləğində vəsait xərcləmişdi.

Azərbaycan vətəndaşları tərəfindən isə xaricdə 2 ay ərzində 179,521,339 manat məbləğində əməliyyat aparılıb. Xarici vətəndaşların Azərbaycanda xərclədikləri vəsaitin həcmi Azərbaycan vətəndaşlarının xarici ölkələrdə xərclədikləri vəsaitdən 11,406,360 manat daha çoxdur.

VOİCEPRESS.AZ


Ранее » 300-ə yaxın ərəb biznesmen Bakıya gəlir« Далее Turistlər Azərbaycanda nə qədər pul xərcləyir?