Əhməd Arslan: "Belə bir layihəni işə salmaq olduqca qürurvericidir”

İqtisadiyyat

720

Əhməd Arslan:
Çindən başlayıb Avropaya qədər uzanan ticarətin Bakı-Tiflis-Qars dəmiryolu üzərindən həyata keçirilməsi hədəflərimizdən biridir.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu sözləri Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə naziri Əhməd Arslan Gürcüstanın Baş nazirinin birinci müavini Dmitri Kumsişvili ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Arslan bildirib ki, Gürcüstan Cənubi Qafqazda Türkiyənin strateji ortaqlarından biridir.

Nazir həmçinin terror qruplaşmalarına qarşı mübarizədə də Gürcüstanın Türkiyənin yanında olduğunu bildirib:

“Gürcüstanla ölkəmiz arasındakı ticarətin həcmi 2016-cı ildə 1,5 milyard dollar səviyyəsində idi. Gələcək illərdə bu həcmin daha da artacağına ümid edirik. Bakı-Tiflis-Qars iki ölkə arasında iqtisadi əlaqələrə böyük töhfə verəcək. Belə bir layihəni işə salmaq olduqca qürurvericidir”.

VOİCEPRESS.AZ


Ранее » Azərbaycan nefti təqribən 70 dollara satılır« Далее Manatın məzənnəsi