"YOXLAMALARIN SAYI AZALACAQ" - MİKAYIL CABBAROV

İqtisadiyyat / Manşet

180

"Vergi yoxlamalarının kəmiyyətinin deyil, keyfiyyətini artırmalıyıq".

VOİCEPRESS-in verdiyi xəbərə görə, bunu vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı bildirib.

"Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil. Lakin qanunu pozana qarşı sanksiyaların tətbiq olunması birmənalıdır. Qanun hamı üçün birdir. Kiçik və böyük şirkət olmasından asılı olmayaraq hər kəs vergi qanunlarına əməl etməlidir", - deyə M.Cabbarov vurğulayıb.



VOİCEPRESS.AZ

Ранее » BP və tərəfdaşları Azərbaycandakı layihələrə 69 milyard dollardan çox ...« Далее “Azərbaycanın enerji layihələri təkcə “Şahdəniz-2” ilə məhdudlaşmır”