"BU İLİN ORTALARINDA BÜDCƏYƏ YENİDƏN BAXILACAQ" - GƏLİR ARTIR

İqtisadiyyat / Manşet

99

"Neftin qiyməti ilə əlaqədar büdcə gəlirləri artıb”

VOİCEPRESS
-in verdiyi xəbərə görə, bu haqda sherg.az-a Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun "İlin sonuna qədər AMB-nin valyuta ehtiyatları artacaq" açıqlamasına münasibət bildirərkən iqtsadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, neftin qiyməti dövlət büdcəsində təsdiq edilmiş normadan artıq oduğu üçün valyuta artımı olub:

"Büdcə hesablamalarında neftin bir barelinin qiyməti 45 dollardan götürüb. Amma onun dəyəri 60 dollarndan yüksəkdir.Bəzi vaxtlar neftin qiyməti 70 dollar və ondan yüksəyədə qalxıb.Buna görə də, büdcədə gəlir çoxalıb. Yanvar ayında gəlir 1.8 milyard dollar artıb. Neftdən gələn gəlir artarsa və ya dəyişməzsə, bu ilin ortalarında daha çox gəlir əldə ediləcək.

Hətta bu ilin ortalarında büdcəyə yenidən baxılacaq. Yeni dəyişiklərin edilməsi gözlənilir. Bu haqda qərarın qəbul olunub- olunmamasını parlament müəyyənləşdirəcək. Neftin qiymətində azalmalar olmazsa, 2018-ci ilin dövlət büdcəsində gəlirlərin formalaşmasında çətinlik yaşanmayacaq.

Xərcləmələrin nəzərdə tutulan həcmdə istifadə edilməsinə imkan yaranacaq. Nəticə ehtibari ilə büdcəyə daha çox vəsait daxil olacaq. Bütün hallarda neftin mövcud qiyməti büdcəyə daha çox vəsaitin daxil olmasına imkan yaradır”.

Qeyd edək ki, AMB İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında vurğulayıb ki, neftin qiymətinin dəyişməsi valyuta ehtiyatlarının həcminə təsir edir. "Rəsmi ssenariyə, büdcə proqnozlarına, yəni neftin bir barelinin qiymətinin 45 dollar səviyyəsində olacağına əsaslansaq, bu bizə tədiyyə balansının müsbət olacağını vəd edir. Bu da valyuta ehtiyatlarının artımı deməkdir. Artıq yanvar ayından valyuta ehtiyatları 1,8 milyard dollar artıb".




VOİCEPRESS.AZ

Ранее » Azərbaycan nefti 65 dollaradək ucuzlaşdı« Далее Manat və dolların bugünkü məzənnəsi