Azərbaycan Mərkəzi Bankı yeni fiskal və monetar qaydalara keçəcək

İqtisadiyyat / Manşet

180

Azərbaycan Mərkəzi Bankı yeni fiskal və monetar qaydalara keçəcək
"Azərbaycan Mərkəzi Bankı yeni fiskal və monetar qaydalara keçəcək".

VOİCEPRESS
-in verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, belə olan şəraitdə AMB yaranmış status-kvonu saxlamağa çalışacaq.

"Bizim bazara əhəmiyyətli dərəcədə müdaxiləmiz yoxdur. Biz valyuta hərraclarında nə valyuta alırıq, nə də valyuta satırıq. Əsas məsələ hal-hazırda banklara verdiyimiz svopların qaytarılmasıdır. Yeni fiskal və monetar qaydalara keçid çox mütərəqqi addımdır. Bu yeni fiskal və monetar siyasət qaydalı siyasətdir. Bu qaydalı siyasət həm fiskal, həm də monetar siyasətin koordinasiyasını yüksək səviyyəyə qaldıracaq. Bununla da məzənnənin iqtisadi risklərə təsirinin aradan qaldırılmasını təmin edəcəyik", - deyə E.Rüstəmov vurğulayıb.




VOİCEPRESS.AZ

Ранее » Elman Rüstəmov: "Əmanətlərdə dollarlaşma səviyyəsi 66%-ə enib"« Далее Nazir: “Əmək pensiyalarının indeksləşdirilməsinə 164,5 mln. manat vəsa...