Elman Rüstəmov: "Əmanətlərdə dollarlaşma səviyyəsi 66%-ə enib"

İqtisadiyyat / Manşet

207

Elman Rüstəmov:
"İqtisadiyyatda əmanətlərin dedollarizasiyası başlayıb".

VOİCEPRESS-in verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi 80%-dən 66%-ə enib.

"Hüquqi şəxslərin əmanətlərində isə dollarlaşma qalmaqdadır. Bu dollarlaşma onların hesablarında valyuta vəsaitlərinin qalıqlarının artması, eyni zamanda ixracın şaxələnməsi ilə bağlıdır," - deyə E. Rüstəmov bildirib.





VOİCEPRESS.AZ


Ранее » Çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı ...« Далее Azərbaycan Mərkəzi Bankı yeni fiskal və monetar qaydalara keçəcək