Valyuta alqı-satqısı qaydaları dəyişdi

İqtisadiyyat / Ölkə içi

189

Valyuta alqı-satqısı qaydaları dəyişdi
Nazirlər Kabineti "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda dəyişiklik edib.

VOİCEPRESS.AZ
"report"a istinadən bildirir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara görə, "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın 5.5-ci bəndindən "Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada və" sözləri çıxarılıb.

İndi xarici valyutanın və qiymətli kağızların (səhmlər, istiqrazlar, dövlət özəlləşdirmə çekləri və s.) alqı-satqısı müvafiq qanunlarla tənzimlənəcək.

VOİCEPRESS.AZ


Ранее » Bakıda 20-dən çox dəmir yolu stansiyası tikiləcək və bərpa olunacaq« Далее Pensiyalar nə vaxt veriləcək?