Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi açıqlandı

İqtisadiyyat / Ölkə içi

261

Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi açıqlandı
2017-ci il dekabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 226,2 milyon manat təşkil edib.

VOİCEPRESS.AZ
bildirir ki, ümumi kredit portfelinin 9 milyard 872,2 milyon manatı və ya 80,7 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,6 faizi banklar, 3,4 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 890,3 milyon manata çatıb və ümumi kredit portfelinin 15,5 faizini təşkil edib.

VOİCEPRESS.AZ


Ранее » Azərbaycanda "Ağıllı istixana" yaradıldı« Далее Bakıda 20-dən çox dəmir yolu stansiyası tikiləcək və bərpa olunacaq