• 14:39 – Tələbələr dəhşətli qəzaya düşdülər - 5 nəfər öldü 14:21 – “O sahibkarların zərərini kim ödəməlidir?” 13:11 – Nazirlik yanmılş “Diqlas”ı sökür - AÇIQLAMA 12:47 – "Malları yanan iki sahibkarın səhhəti pisləşib" - SƏHİYYƏ NAZİRLİYİ 11:14 – Əli Həsənovun əsəri Buxarestdə rumın dilində nəşr edilib 
  • 17:10 – Elmar Məmmədyarov Uruqvay parlamentində müzakirələr apardı 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 10:47 – BŞİH əməkdaşlarının bayram günlərində işə çağırılmasına aydınlıq gətirdi 

"Şahdəniz-2" çərçivəsində qaz hasilatının başlanılması tarixi açıqlanıb

Azərbaycan "Şahdəniz-2" ən böyük qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində qaz hasilatına bu ilin sentyabrında başlamağı planlaşdırır.

VOİCEPRESS.AZ
bildirir ki, bu barədə SOCAR-da "Natural Gas World (NGW)" məlumat verib.

SOCAR-dan bildiriblər ki, "Şahdəniz-2" çərçivəsində ilkin hasilat böyük həcmdə olmayacaq.

Transanadolu boru kəmərinin (TANAP) qazla doldurulmasına gəlincə (yanvarda başlanılması nəzərdə tutulur), şirkətdən qeyd ediblər ki, bu qazın mənbəyi "Şahdəniz-2" deyil, "Şahdəniz-1" yatağı olacaq.

Bundan başqa, "Şahdəniz-2"-nin opretaoru olan BP-dən məlumat verilib ki, 2019-cu ildə layihə çərçivəsində daha 2 milyard kubmetr həcmində qaz hasilatı gözlənilir. Bu həcmin Türkiyəyə tədarük ediləcəyi bildirilib:

"Ümumilikdə 2019-cu ildə Azərbaycandan Türkiyəyə qaz tədarükünün 8,5 milyard kubmetrə çatacağı gözlənilir. (2017-ci ildə isə bu göstərici 6,5 milyard kubmetr olub). 2021-ci ildə isə bu həcm 12,5 milyard kubmetrə çatacaq".

Qeyd edək ki, "Şahdəniz-2" layihəsinin reallaşdırılması çərçivəsində illik qaz hasilatı 9 milyard kubmetrdən 25 milyard kubmetrə qədər artacaq.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter