Dünya Bankı aqrar layihə üçün Azərbaycana kredit ayırmağı düşünür

İqtisadiyyat

162

Dünya Bankı aqrar layihə üçün Azərbaycana kredit ayırmağı düşünür
Dünya Bankı "Azərbaycan kənd investisiyaları" layihəsinin üçüncü mərhələsinin (AZRIP-3) konsepsiyasının hazırlanmasını davam etdirir.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə trend-ə bankın Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, hazırda kreditin məbləği müzakirə olunur: "Gündəlikdə bir neçə variant mövcuddur. Variantlardan birinə əsasən 90 milyon dollar həcmində kreditin ayrılmasını nəzərdə tutulur, amma hələlik bu məbləğ dəqiq deyil və dəyişdirilə bilər".


Qeyd edək ki, bir müddət əvvəl Dünya Bankının Bakı ofisinin rəhbəri Nəvid Həsən Naqvi Trend-ə bildirmişdi ki, bank konsepsiyanı bu ilin sonunadək başa çatdırmağı planlaşdırır.


VOİCEPRESS.AZ


Ранее » Rusiya aviaşirkəti Bakıya yeni reys açır« Далее Azərbaycanda 2018-2019-cu illər üçün neft hasilatı ilə bağlı PROQNOZLA...