Rusiya aviaşirkəti Bakıya yeni reys açır

İqtisadiyyat

153

Rusiya aviaşirkəti Bakıya yeni reys açır
Rusiyanın "Nordstar" aviaşirkəti mart ayından Norilskdən Samara vasitəsilə Bakıya reyslər həyata keçirəcək.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, reyslər 2018-ci il martın 5-dən etibarən hər həftə icra ediləcək.

Hazırda aviaşirkətin təyyarələri Bakıya Ufadan uçur. Samaradan gəlməklə Bakıya reyslərin sayı həftədə iki dəfəyədək artacaq.

Yeni istiqamət üzrə reyslər "Boeing 737-800" təyyarələri ilə yerinə yetiriləcək.


VOİCEPRESS.AZ


Ранее » Manatın MƏZƏNNƏSİ« Далее Dünya Bankı aqrar layihə üçün Azərbaycana kredit ayırmağı düşünür