Dünya 233 trilyon dollarlıq borcun içində “üzür”

İqtisadiyyat

198

Dünya 233 trilyon dollarlıq borcun içində “üzür”
Qlobal borc 2017-ci ilin 3-cü rübündə 233 trilyon dollara çatmışdır.

VOİCEPRESS.AZ bildirir ki, bu barədə "Beynəlxalq Maliyyə İnstitutu"nun (Institute of International Finance - İİF) hesabatında xəbər verilir.

Qlobal borcun səviyyəsi 2016-cı ilin sonundan etibarən 16.5 trilyon dollar və ya 8% artmışdır. Ötən bir il ərzində Kanada, Fransa, Honk Konq, İsveçrə və Türkiyənin özəl qeyri-maliyyə sektorunun borc səviyyəsi rekord səviyyəyə qalxmışdır.

İİF bildirir ki, nəhəng borcun yaranmasının mümkün səbəblərindən biri mərkəzi bankların borc vermək şərtlərini sərtləşdirməməsi ilə bağlıdır. Hesabatda qeyd olunur ki, uzun müddətli aşağı faiz dərəcəli mühit borc səviyyəsini artırmışdır.

VOİCEPRESS.AZ


Ранее » Bakıda mənzillərin qiyməti dəyişdi« Далее Manatın MƏZƏNNƏSİ