Gürcüstanın Azərbaycana borcu azalıb

İqtisadiyyat

171

Gürcüstanın Azərbaycana borcu azalıb
2017-ci il dekabrın 31-nə olan məlumata əsasən Gürcüstanın Azərbaycana olan xarici borcu 8,855 milyon dollar təşkil edir.

VOİCEPRESS.AZ xəbər verir ki, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 0,14 mln. dollar azdır.

Gürcüstanın ümumi xarici dövlət borcu 5 mlrd. 177,390 mln. dollar təşkil edir ki, bunun da 5 mlrd. 091,942 mln. dolları hökumətin payına düşür.

Qonşu ölkənin ən çox Almaniya (286,457 mln. dollar), Yaponiya (210,312 mln. dollar) və Fransaya (138,989 mln. dollar) borcu var. Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana dövlət borcu müvafiq olaraq 16,981 mln., 70,616 mln. və 10,027 mln.dollar təşkil edir.

VOİCEPRESS.AZ


Ранее » Manatın məzənnəsi« Далее SOCAR 2018-ci ildə Ukraynada yanacaqdoldurma məntəqələrinin sayını art...