Göyçayda avtomobil yolunun tikintisinə 6,4 milyon manat ayrıldı

İqtisadiyyat / Manşet

1 521

Göyçayda avtomobil yolunun tikintisinə 6,4 milyon manat ayrıldı
Prezident İlham Əliyev Göyçay rayonunun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

VOİCEPRESS bildirir ki, sərəncamda qeyd olunur ki, on bir min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,4 milyon (altı milyon dörd yüz min) manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

VOİCEPRESS.AZ


Ранее » Gömrük Komitəsindən yağla bağlı daha bir açıqlama - 5.20 doll...« Далее Vüqar Bayramov: "Neftin qiymətində hələlik kəskin artımlar pro...