• 16:56 – Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü 16:27 – Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat 16:13 – Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI 16:09 – Almaniya Qarabağ separatçılarına silah satıb? 14:58 – Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI: “Prezident Administrasiyasından zəng vurdular...” 
  • 10:34 – Azərbaycan və Belarus müdafiə nazirləri görüşdü 
  • 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 
  • 12:46 – Bir ildə 14857 ailə dağılıb - Boşanmaların ən çox olduğu bölgələr açıqlandı - RƏSMİ 

Bu il yemiş ucuz olacaq

Bu il yemiş bol olacaq. VOİCEPRESS-in məlumatına görə, yığım aparan masallılı fermerlər bu il məhsulun kifayət qədər bol, həm də keyfiyyətli olduğunu deyib.

Onları narahat edən yalnız bir məsələ var ki, o da alıcıların az olması. Hazırda daxili bazara çıxarılan məhsulun çoxluğu səbəbindən qiymətlər ötən il ilə müqayisədə 2 dəfə aşağıdır.

Fermer Zeynəb İmanova məhsullarının satılması üçün kömək istəyib.

"Mənim malım sahədə qalıb. Kömək edin satılsın. Hər il baha satırdıq, bu il ucuz olub malımız. Əvvəl satırdıq 60-70-80 qəpiyə, indi düşüb birdən-birə 20 qəpiyə. Alan da yoxdu", - deyə Zeynəb İmanova bildirib.

Rayonda bostançılığın əsas təsərrüfat sahəsi olduğu Xırmandalı ərazi vahidliyinin icra rəsmisi fermerlərin narahatlığını haqlı sayıb. Onun fikrincə, fermerin əsas işi məhsulun satışı yox, istehsalı olmalıdır.

"Yaxşı olardı ki, yuxarı təşkilatlar tərəfindən yerlərdə əhalinin alıcılıq qabiliyyətinin qaldırılması üçün tədarük məntəqələri yerlərdə vətəndaşlarla birgə işləsin",- deyə Xırmandalı ərazi icra vahidliyində baş məsləhətçi bildirib.

Masallı rayon kənd təsərrüfatı idarəsinin rəisi Seymur Nuriyev bildirib ki, ayrı-ayrı sahibkarlardan yerlərdə tədarük məntəqələri açılması ilə bağlı təşəbbüslər olsa, qurum tərəfindən dəstəklənəcək.

Masallıda 500 hekar yemiş sahəsinin 300 hektarı Xırmandalı ərazi vahidliyinin payına düşür.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter